ƏƏSMN 70,6 min nəfəri peşəyönümlü tədbirlərə cəlb edib

Xəbərin çap versiyası
Tarix: 12-10-2017, 11:56    |    Xəbər oxunub: 511 dəfə
ƏƏSMN 70,6 min nəfəri peşəyönümlü tədbirlərə cəlb edib


Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 70,6 min nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına, peşəyönümü tədbirlərinə cəlb edilib.



Belə ki, işçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətli peşələrə yiyələnmələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən hesabat dövründə 2 698 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda inşaat rəngsazı, əməliyyatçı mühasib, dülgər-xarrat, elektrik-qaz qaynaqçısı, kompyuter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Bir çox peşələrin tədrisi modul tədris proqramları əsasında həyata keçirilib ki, bu da onların daha asan və optimal şəkildə öyrədilməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə yanvar-sentyabr aylarında 215 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub. Peşə təlimində olduqları müddətdə həmin gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı, eləcə də cəmiyyətə fəal inteqrasiya olunmalarının dəstəklənməsi üçün müxtəlif formalarda tədbirlər həyata keçirilib.

Cari ilin 9 ayında gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara istiqamətləndirilməsi məqsədilə peşəyönümü tədbirləri də davam etdirilib. Böyük əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət 67 706 nəfər gəncin iştirakı ilə keçən tədbirlərdə onlara əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, aktiv məşğulluq tədbirləri və s. barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Azərbaycanlı aparıcı:

Azərbaycanlı aparıcı: "Hər an ölə bilərəm"

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı-

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı- Salyanda faciə

Ağdamın icra başçısı məhkəməyə çağrıldı:

Ağdamın icra başçısı məhkəməyə çağrıldı: DƏLƏDUZLUQ İTTİHAMI

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

Diaspor fəalı mükafatlandırıldı

Diaspor fəalı mükafatlandırıldı

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu-

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu- FOTO

Dövlət Komitəsi:

Dövlət Komitəsi: "Könül Kərimovaya qanunsuz torpaq verilib"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur