Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 14:23    |    Xəbər oxunub: 698 dəfə
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Xəzər rayonunda əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib.



“Uşaq hüquqları aylığı” çərçivəsində A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyasında təşkil olunan tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 1 saylı region (Bakı şəhərinin Xəzər və Sabunçu rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Xəzər rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin, ayrı-ayrı işəgötürənlərin nümayəndələri, rayondakı bir sıra məktəblərin direktorları, qeyd olunan Gimnaziyanın rəhbər şəxsləri, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, ötən dövrdə Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və digər müvafiq beynəlxalq sənədlərə qoşulub. Həmçinin Beynəlxalq Əmək Təşkilatının “Minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formaları haqqında” Konvensiya və Tövsiyələri ratifikasiya edilib. Bu gün ölkəmiz uşaqlarla bağlı mütərəqqi dünya təcrübəsinə uyğun qanunveriiclik bazasına malikdir. Eyni zamanda, milli qanunvericilik uşaq əməyinə münasibətdə mütərəqqi və humanist yanaşmaları özündə əks etdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən isə onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Həmçinin belə şəxslərin həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə, hələ tam formalaşmamış fizioloji xüsusiyyətlərinə uyğun olmayan işlərə cəlb edilmələri qanunla qadağandır.

Tədbir zamanı yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiqinin qadağan edildiyi iş yerləri, bu təbəqədən olan işçilər üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan əlavə təminat və güzəştlər, eləcə də onların əmək-peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər diqqətə çatdırılıb. Uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin aidiyyəti qurumlarla birgə gördüyü işlər barədə məlumat verilib, Xidmətin əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirlərinə də xüsusi önəm verdiyi vurğulanıb.

Tədbirdə müəllim və şagirdlərin müvafiq mövzuda sualları da cavablandırılıb.

Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur