Ekspert: "Nazirliyin imtahanında qüsur var"

Xəbərin çap versiyası
Tarix: 13-07-2018, 16:00    |    Xəbər oxunub: 856 dəfə
Ekspert:


Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanlarında bəzi çatışmazlıqlar var.

Bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, nazirlik pullu keçirdiyi sınaqlarda test tapşırıqlarını ənənəvi kitablardan, qəbul imtahanının suallarını isə hələ çap olunmayan kurikulum dərsliklərindən salır:

"Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) insan resursları mərkəzinin əməkdaşı Feysbukda bu il MİQ imtahanlarında test tapşırıqlarının kurikulum dərsliklərindən salınacağını bildirib. Lakin bu dərsliklər arasındakı mübahisəli, ziddiyyətli faktlar hələ də öz həllini tapmayıb. Bundan başqa, kurikulum dərslikləri tam şəkildə çap olunmayıb. Müvafiq qəbul imtahanlarına namizədlərin səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirilir. Təhsil Nazirliyinin TİPİİ-də MİQ-lə bağlı 10 manata sınaq imtahanları keçirirlər. May ayından TİPİİ-nin keçirdiyi MİQ sınaq imtahanlarında onminlərlə adam iştirak edib və müvafiq olaraq TİPİİ külli miqdarda gəlir əldə edib. Amma maraqlısı budur ki, TİPİİ-nin keçirdiyi MİQ sınaq imtahanlarında iştirakçılara təqdim edilən test tapşırıqları kurikulum kitabları əsasında yox, ənənəvi dərsliklər əsasında hazırlanmışdı. Necə olur ki, pul qazanmaq üçün keçirilən sınaqlarda ənənəvi dərsliklərdən test tapşırığı təqdim edirlər, amma qəbul imtahanlarında kurikulum dərsliklərdən?! Halbuki, kurikulum üzrə nə proqram, nə də vəsait var. Hərə müstəqil bir vəsait çap edib. Məntiq üzrə də nə proqram, nə də vəsait var. Vahid kitabın olmaması dağınıqlıq yaradır. Həmçinin ixtisaslar üzrə də proqram və vəsait yoxdur”.

Ekspert MİQ imtahanlarını da DİM-in keçirməsini təklif edib və bildirib ki, DİM-in bütün proqram və vəsaitləri çap etdirildiyi üçün çaşqınlıq yaranmır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur