Uşaqlıq boyu xərçəngini 2 il tez aşkarlamaq mümkündür- Azərbaycanda yeni texnologiya


Uşaqlıq boyu xərçəngini 2 il tez aşkarlamaq mümkündür-


İnkişaf etmiş ölkələrdə uşaqlıq boyu xərçəngindən ölüm riski 8-ci sırada, inkişafda olan ölkələrdə isə 2-ci sıradadır. İnkişaf etmiş ölkələrdə uşaqlıq boyu müayinəsinin mütəmadi olaraq aparılması ölüm riskinin qarşısını alır.

AFN xəbər verir ki, bunu qadın xəstəlikləri və doğum uzmanı Olcay Turgut “LuViva” cihazı haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda yalnız "Baku Medical Plaza"da tətbiq edilən bu yeni texnologiya sayəsində dünyada ən çox yayılmış uşaqlıq boyu xərçəngini 2 ilə qədər daha erkən aşkarlamaq mümkündür.

Niyə LuViva?

Normalda 70 faiz nəticə verən testlərdən fərqli olaraq LuViva 99 faiz nəticə verir. Bunun üçün 10-15 gün gözləməyə də ehtiyac yoxdur. LuViva eyni anda (1 dəqiqəyə ) nəticə verir. Qeyri-invaziv, ağrısız və sürətli bir üsuldur.

LuVivanın başqa əsas üstünlüyü nədir?

LuViva endoserviks deyilən uşaqlıq boynundan uşaqlıq yoluna gedən hüceyrələri dəyərləndirir və buradan xərçəng hüceyrələrini təsbit edir.

Hansı qadınlar LuViva olunmalıdır?

Əsas kritik nöqtə budur. Məqsəd xəstəlik yaranmadan onu aşkar etmək olduğu üçün hər qadın evləndikdən sonra 2 ildən bir bu testi etdirməlidir.

Bizim məqsədimiz xərçəngə çevrilə biləcək hüceyrələri erkən mərhələdə müəyyənləşdirərək xəstəliyi əngəlləməkdir.

Luviva necə tətbiq olunur?

Pasient ginekoloji müayinə mövqeyinə alınır və spekulum (ginekoloji güzgü) vaginaya yerləşdirilir. Kalibrləmədən sonra "Servikal Guide” spekulumun içindən keçirilərək uşaqlıq boynuna yüngülcə təması təmin edilir.

DySIS Map unikal texnologiyası isə bütün uşaqlıq boynunda yaranan patologiyanı ölçür və həkimlərə məlumatın tam və dəqiq xülasəsini bir xəritə şəklində təqdim edir. 1-2 dəqiqə davam edən müayinə əsnasında əldə edilən nəticələr avtomatik təhlil edilir və məlumatlar sürətli bir şəkildə ekranda göstərilir. Nəticələr xəstənin yanında qiymətləndirilir, lazım olarsa müalicə məqsədli digər prosedurlar üçün dərhal qərar verilir.

Uşaqlıq boyu xərçəngini 2 il tez aşkarlamaq mümkündür-
Uşaqlıq boyu xərçəngini 2 il tez aşkarlamaq mümkündür-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu