Nazirlik qəribə tələbi ilə məəttəl qoydu: “40-ı çıxmamış uşağa…”

Xəbərin çap versiyası
Tarix: 12-06-2019, 11:41    |    Xəbər oxunub: 751 dəfə
Nazirlik qəribə tələbi ilə məəttəl qoydu:


Bu ilin yanvar ayında uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatının avtomatlaşdırılacağı söylənildi. Heç bir yerə müraciət olunmadan və sənəd təqdim etmədən müavinətin təyin olunacağı bildirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə rəsmi məlumat yaydı.

Neftçala rayon sakini Səmral Quluzadə isə minval.info-ya şikayatini bildirərkən, bir neçə müddətdir, sözügedən məsələ ilə bağlı problem yaşadığını deyir. O, yeni doğulan uşağına vətəndaşlar arasında “süd pulu” kimi tanınan müavinəti ala bilmədiyini qeyd edir.

“”Süd pulu” 200 manat ediləndə sevinmişdim ki, nə yaxşı, 2 dəfə artırıldı. Həm də ona görə sevinmişdim ki, keçən dəfə ilk övladım – qızım dünyaya gələndə məni o qədər süründürmüşdü ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) artıq özümü təcrübəli sayırdım. Süründürməçiliyin verdiyi təcrübə ilə bu gün bütün sənədlərin hamısını (ata və ananın doğum haqda şəhadətnamələrinin, şəxsiyyət vəsiqələrinin, nikah kağızının, uşağın doğum haqda şəhadətnaməsinin surətini, ata və ananın yaşayış yerindən, “süd pulu” arayışı) düzəldib sevinə-sevinə getdim idarəyə. Bu dəfə məndən nə istəsələr yaxşıdır? Qırxı çıxmamış uşağım üçün yeni nəsil şəkilli şəxsiyyət vəsiqəsi“, – Neftçala sakini belə deyir.

S.Quluzadə qeyd edir ki, nazirlik ilk dəfə məni süründürəndə, məsələni mətbuata çıxarıb və təxminən 5-6 ay sonra ƏƏSMN bütün yerli televiziya və elektron mətbuatına elan vermişdi ki, artıq “süd pulu” müraciətləri elektronlaşdırılır:

“Daha sənəd toplamağa ehtiyac olmayacaq və s. Sən demə, bunların elektronlaşdırma anlayışı bu imiş”.

Şikayətçi bildirir ki, bununla əlaqədar olaraq dövlət qurumunun “142” Çağrı Mərkəzinə zəng vurub, lakin heç bir köməklik göstərilməyib:

“Operator deyir ki, onların bu barədə məlumatı yoxdur. Deyirəm ki, valideyni işləyənlərdən “süd pulu” üçün tələb etmirsiniz, çağa körpə üçün yeni nəsil şəkilli şəxsiyyət vəsiqəsi, amma mən işsiz ola-ola tələb edirsiniz. Operator deyir ki, hansı idarəmiz istəyir tələb edir, hansı istəyir etmir. Düz 40 dəqiqə danışdıq, axırı operator sual və iradarıma cavab verə bilməyib, telefonun dəstəyini başqasına verdi, heç nə dəyişmədi”.

Yanvar ayında ƏƏSMN-nin yaydığı məlumatda həmçinin bildirilirdi ki, nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək: “Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Gənclər üçün növbəti festival keçirilib -

Gənclər üçün növbəti festival keçirilib - FOTOLAR

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Prezident 6 hərbçiyə general rütbəsi verdi -

Prezident 6 hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Lənkəran universitetində hava çatışmazlığı:

Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu -

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - FOTOLAR

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Gəncədə

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Azercell-dən #Hədiyyə

Azercell-dən #Hədiyyə

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur