“Qarabağda mobil internet şəbəkəsi 52% bərpa olunub” - nazir


“44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra ölkə rəhbərliyi qarşımıza yeni gündəm, yeni hədəflər qoyub”.


"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.

“Həmin hədəflərdən biri rəqəmsal transformasiyaya nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə Bu günə qədər mobil internet şəbəkəsinin 52% bərpasına nail olunub. Bu çox böyük göstəricidit. Əgər 1998-ci ildən etibarən baxsaq, yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkəni (işğal olunmuş ərazilər istisna olmaqla) 95% təmin etməyə nail olmuşduq. Amma qısa müddətdə 52%-lik nəticə əldə etdik. Bu, böyük uğurdur və biz həm sabit həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik”, - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu