Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında süni intellekt sahəsində əməkdaşlıq sazişi imzalanıb


Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında süni intellekt, əşyaların interneti və biometrika sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb.


Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Yaponiyanın baş naziri Kişida Fumionun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Yaponiyanın informasiya texnologiyaları şirkəti NEC ilə Səudiyyə Ərəbistanı Məlumat və Süni İntellekt Komissiyası (SDAIA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Süni intellekt, əşyaların interneti və biometrika sahələrində əməkdaşlığı əhatə edən razılaşma ilə SDAIA-nın texnoloji həllər sahəsində təcrübə qazanması və Səudiyyə Ərəbistanının 2030-cu il vizyonu çərçivəsində məlumatlara əsaslanan iqtisadiyyatlarda irəliləyişinə töhfə verməsi gözlənilir.

Yaponiyanın Baş naziri Kişidanın da iştirak etdiyi imzalanma mərasimində sazişi SDAIA-ya bağlı Milli İnformasiya Mərkəzinin direktor müavini Maşari bin İbrahim əl-Meşari və NEC-in top meneceri Naoki Yoşida imzalayıblar.

Ötən gün Səudiyyə Ərəbistanı və Yaponiya bərpa olunan enerji, texnologiya və kənd təsərrüfatı ilə bağlı 26 saziş və protokol imzalayıb.

Yaxın Şərq turnesinin ilk ayağı olan Səudiyyə Ərəbistanından bu gün ayrılan Kişidanın Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də səfəri gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu