Mask Twitter-in loqosunu dəyişəcəyini açıqladı


İlon Mask Twitter loqosundakı quşu çıxararaq X hərfi ilə əvəz etmək istəyir.


Bu barədə amerikalı milyarder sosial şəbəkədəki səhifəsində məlumat verib. O "tezliklə biz Twitter brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq" deyə qeyd edib.

Twitter sahibinin fikrincə, quşu X hərfi ilə əvəz etmək onları unikal edən insan qüsurlarının təcəssümü olacaq.

"Əgər bu axşam kifayət qədər yaxşı bir X loqosu dərc olunarsa, sabah onu bütün dünyada yayımlayacağıq" - deyə iş adamı bildirib.

Bundan əvvəl, iyulun 1-də Musk gündə baxıla bilən tvitlərin sayına müvəqqəti məhdudiyyət qoyub. Beləliklə, indi təsdiqlənmiş hesablardan gündə 10 000, təsdiqlənməmiş hesablardan 1 000 və yeni təsdiqlənməmiş hesablardan 500 yazı oxumağa icazə verilir.

Sahibkarın sözlərinə görə, yenilik məlumat massivlərinin avtomatlaşdırılmış şəkildə toplanması ilə bağlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu