Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir


“Nar” Azərbaycanın mobil rabitə sahəsinin peşəkarlar kadrlarının yetişdirilməsi məqsədilə, İT və rabitə ixtisasları üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Seçilən 10 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçəcək.

May ayının sonunadək davam edəcək proqram çərçivəsində tələbələr “Nar”ın peşəkar texniki heyətilə birgə çalışacaq və gələcək karyeraları üçün əvəzsiz təcrübi biliklər qazanacaq. Təcrübə proqramı “Nar”ın KSM strategiyasının təhsilə dəstək istiqaməti üzrə və Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu