“Nar” yerli İT mütəxəssislərini yetişdirir


Ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə, mobil operator “Nar” Azərbaycan Texniki Universitetində (AzTU) davamlı təlimlər həyata keçirir. Bu dəfə təlim AzTU nəzdində fəaliyyət göstərən “Nar” GSM laboratoriyasında keçirildi.


Xüsusi bilik və bacarıqları ilə seçilən tələbələr üçün nəzərdə tutulan təlimin mövzusu mobil rabitənin təminatı ilə yanaşı, 5-ci nəsil mobil texnologiya, əşyaların interneti, cihazlararası bağlantı və müasir rabitə texnologiyalarının tətbiq sahələrini əhatə edirdi.

“Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin məqsədi tələbələrin işi icraçılarından öyrənməsi və təcrübi biliklərin universitet tələbələri ilə paylaşılmasıdır. Eyni zamanda, tələbələr gələcək karyeraları haqqında bilmək istədiklərini “Nar” texniki heyətindən birbaşa öyrənmək imkanı əldə edir.

Qeyd edək ki, “Nar” və AzTU arasında əməkdaşlıq artıq 10-cu ildir ki, uğurla davam edir. 2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında AzTU nəzdində “Nar” GSM laboratoriyası tələbələrin mobil rabitə cihazlarını universitetdə öyrənməklərinə imkan yaradır.

“Nar” həm texniki təchizat dəstəyi göstərərək, həm də təcrübi biliklərin paylaşılması vasitəsilə İT və texniki ixtisaslar üzrə təhsil alan tələbələrin Azərbaycan rabitə bazarında peşəkar kadr kimi hazırlanmasını hədəfləyir.

“Nar” layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu