Bakıda intihar cəhdinin qarşısı alınıb
“Report” xəbər verir ki, fevralın 14-də saat 02:05 radələrində Gəncə şəhər sakini 1955-ci il təvəllüdlü Mahir Məmmədov Dənizkənarı Milli Parkda özünü dənizə atmaq istəyərək intihara cəhd edib. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri tərəfindən intiharın qarşısı alınıb.