Dəhşətə gəldim- Qənirə Paşayeva


Millət vəkili Qənirə Paşayeva 6 yaşlı övladını amansızlıqla qətlə yetirən manyak atanın əməllərindən çıxış edərək cəmiyyətə səslənib.

AFN.az xəbər verir ki, o, facebook statusunda bunları yazıb:

"Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlunun boğazını kəsərək öldürməsi barədə xəbəri oxuyanda dəhşətə gəldim.

Bu vəhşiliyi bir ata necə törədə bilər? Bir ata öz övladının boğazını necə kəsə bilər? Heç bir normal insan, ata belə bir qəddarlıq, belə bir cinayət törədə bilməz. Ən sərt cəza ilə cəzalandırılması lazımdır. Amma ilk öncə həmin atanın psixi xəstəlikdən və ya problemlərdən əziyyət çəkib-çəkməməsi mütləq araşdırılmalıdır və cəmiyyətə bu barədə mütləq məlumatlar verilməlidir.

Çox təssüf ki, əksər hallarda ailə üzvü, qohum və ətrafında olan bir şəxsin ciddi psixi və ya psixoloji problemdən əziyyət çəkdiyini gördüyü hallarda insanlarımızın çoxu susur, biganə yanaşır və son hər zaman ağır faciəylə bitir. Sonrakı peşmançılıq isə heç zaman fayda vermir.

Mən uşaq olanda bizim kənddə psixi problemləri olan bir kişi vardı, onunla bağlı xəstəxanaya, müvafiq qurumlara şikayət etmədilər zamanında ailəsi, yaxınları. Sonra günün birində həyat yoldaşınını dəhşətli amansızlıqla qətlə yetirdi.
Beyləqanda baş verən dəhşətli hadisəni törədən ata ilə bağlı vəziyyəti dəqiq bilmirəm, amma insanlarımıza səslənmək istəyirəm ki, ətrafınızda psixi problemlərdən əziyyət çəkənlər varsa və ya ətrafınızda olan insanlardan birində qəribə davranışlar yarandığını görürsünüzsə, buna seyrçi qalmayın, onun mütləq mütəxəssis həkimə müraciət etməsinə nail olmağa çalışın. Ağır faciələr yaşanmadan... Və unutmayın ki, qurban siz də ola bilərsiniz. Bir də hesab edirəm ki, cəmiyyətdə qəddarlıq, aqressiya duyğularının artması hamımızı ciddi narahat etməlidir və bunun artmaması üçün səylərimizi toplum olaraq daha da artırmalıyıq."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu