Azərbaycanda karantində saxlanılan şəxslərin sayı açıqlandı




"Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır".

AFN xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən lazımi yaxmalar götürülüb:

"Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".

V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir:

"Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu