Cavid Qurbanov ADY sədrliyindən çıxarılaraq nazir müavini təyin edildi


Prezident İlham Əliyev Cavid Qurbanovla bağlı sərəncam imzalayıb.


AFN.az xəbər verir ki, sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Cavid Qurbanov 9 fevral 2015-ci ildən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. O, eyni zamanda Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

Prezidentin imzaladığı daha bir sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu