Polis bu qadının axtarışına başladı - FOTO


Ağstafa rayon Mərcimək kənd sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova cari ilin may ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, G.Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir, qara uzun saçları var.

Evdən çıxarkən əynində qara idman paltarı, qara və ağ rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-22-5-25-52 şəhər və (099) 367-36-69 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu