ÜST-dən qorxulu koronavirus açıqlaması: Bir milyondan çox insan ölə bilər!


Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Çində Covid-19 infeksiyalarının artması ilə bağlı narahatlığını bildirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ÜST rəhbəri Çin hökumətinin ölkə daxilində ən yüksək risk altında olan insanları peyvənd etməyə diqqət yetirməli olduğunu deyib.
Qeyd edək ki, dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən olan Çində koronavirus epidemiyası artmağa başlayıb. Gələn il ölkədə baş verən partlayışla bir milyondan çox insanın ölümlə üzləşə biləcəyi təxmin edilir.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus verdiyi açıqlamada, "ÜST Çində artan ağır xəstəlik xəbərləri ilə inkişaf edən vəziyyətdən çox narahatdır" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu