Repetitorluq orta məktəbləri dağıdır – Fəzail Ağamalı


Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclası keçirilir.


Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib ki, repetitorluq sistemi orta məktəbləri dağıdır, 8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir: "Gələn sessiyadan “Təhsil haqqında” qanunu yenidən işləməliyik".

Sədr Sahibə Qafarova gələn sessiyada təhsil problemlərinə dair Elm və təhsil komitəsində böyük dinləmə keçirilməsini təklif edib: “Buna ehtiyac var. Konkret spektr götürülməli, problemlər müzakirə edilməlidir”.


AFN.az məlumat üçün bildirir ki, Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən növbəti plenar iclasının gündəliyinə 23 məsələ daxil edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu