İranla bağlı SON DƏQİQƏ məlumatı: sentyabrın 28-29-da...


Sentyabr ayının 28-29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.



Bu barədə AFN-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində Şirvanlı kəndi istiqamətində və Salyan reydində sənayə üsullu lövbərə bağlanılmış 2 ədəd kisədə ümumi çəkisi 21 kiloqram 660 qram оlаn nаrkоtik mаddə “marixuana” аşkаr olunub.

Oktyabrın 15-də Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana tütün məmulatlarının gətirilməsinin qarşısı alınıb və keçirilmiş tədbirlər nəticəsində Ələt reydində “Orta Daş” adası istiqamətində ümumillikdə 71 ədəd bağlamada (21300 ədəd “Marlboro”, 21800 ədəd “Kent”, 8798 ədəd “Parlament”, 17270 ədəd “Milano”) 69 168 ədəd siqaret aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu