Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirilib


Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib.


Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın üçündə Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
İmtahanda 89 nəfər iştirak edib. Növbəti imtahanın 2024-cü il martın doqquzunda keçirilməsi nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu