Novruz tətili neçə gün olacaq?


Novruz bayramı münasibətilə istirahət günlərinin sayı hər kəs üçün maraqlıdır.


AFN.az xəbər verir ki, bu gün Novruzöncəsi son iş günüdür. Nazirlər Kabinetinin qərarı ilə sabahdan etibarən 7 günlük tətil başlayır. Belə ki, müvafiq qərarla 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri elan olunub.

Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, istirahət günləri və qeyri-iş günü hesab olunan xüsusi günlər üst-üstə düşdüyü təqdirdə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il də 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri müəyyən edilib. Bununla da bu il Novruz bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq. Bayram tətilindən sonra ilk iş günü 27 martdadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu