Son beş ildə ilk dəfə ABŞ-ın hərbi xərcləri artıb




Son beş ildə ilk dəfə ABŞ özünün hərbi xərclərini 1,7 faiz artırıb.

AFN bildirir ki, bu haqda məlumatı dünya problemlərinin tədqiq edən Stokholm beynəlxalq institutuna (SİPRİ) istinadla RİA Novosti agentliyi yayıb.
Hərbi sahədə xərclərin artım dinamikasını izləyən beynəlxalq institut, hərbiyə ən çox pul ayıran ölkələri müqayisə edib.
2016-cı ildə dünyada ən yüksək hərbi xərclər Birləşmiş Ştatlara məxsusdur. Belə ki, bu ölkədə 1,7 faiz artım müşahidə edilib ki, bu da 2010-cu ildən bəri ilk dəfə baş verib. Qərbi Avropada isə hərbi xərclər son iki ildə artımla davam edir.
Ümumilikdə, ötən il bütün dünyada hərbi xərclər 1 trilyon 686 milyard dollar təşkil edib ki, bu da 2015-ci illlə müqayisədə 0,4 faiz artım deməkdir. Dünyada hərbiyə çəkilən xərclər ÜDM-nin 2,2 faizini və ya adambaşına 227 dollar təşkil edir, ekspertlər belə qeyd edir.
ABŞ yenə də hərbi xərclər sahəsində lider ölkə olaraq qalır. Dünya hərbi xərclərində bu ölkənin payı 36 faiz təşkil edir. İkinci yerdə 13 faizlə Çin qərarlaşıb. Üçüncü yerdə isə 4,1 faizlə Rusiyadır. Sonrakı yerləri Səudiyyə Ərəbistanı və Hindistan tutur.
Şimali Amerika ilə yanaşı hərbi xərclər Asiya və Okeaniya, Qərbi, Şərqi və Mərkəzi Avropa və Şimali Afrika ölkərində də artım tempi nümayiş etdirir.
Eyni zamanda, mütəxəssislərin məlumatına görə Karib hövzəsi, Afrikanın, Mərkəzi və Cənubi Amerikanın bir çox ölkələrində əks proses gedib, yəni hərbi xərclərin azalması müşahidə olunub. Neft ixrac edən bəzi ölkərdə də həmin proses baş verib: Səudiyyə Ərəbistanı, Venesuela, Cənubi Sudan, Azərbaycan və İraqda. Ekspertlər bunu neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndiriblər.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45