Bakıda “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək


Bakıda “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək


28 noyabr saat 10:30-da Baku Expo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək.

Dövlət Komitəsindən AFN-ə verilən məlumata görə, sərginin keçirilməsində məqsəd daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir. Sərgidə 14 ölkədən 70-ə yaxın şirkətin məhsulları nümayiş olunacaq. Tədbirdə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonlar yaradılacaq. Bir mənzil üzrə uduşlu lotereyaya keçiriləcək.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edəcək.

Bununla yanaşı sərginin 2-ci günü, 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək. Tədbir saat 13:30-da başlayacaq. Məqsəd daşınmaz əmlak idarəçiliyi, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır

Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov, Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin, aidiyyatı dövlət qurumlarının nümayəndələri, eləcədə bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu