"BakuBus" avtobusunun qarşısında "at oynadan" "Porsche" niyə gizlədilir?- bir statusun izi ilə

Xəbərin çap versiyası
Tarix: 2-02-2018, 03:13    |    Xəbər oxunub: 1 976 dəfə
"BakuBus" avtobusunun qarşısında "at oynadan" "Porsche" niyə gizlədilir?-


Dünyada sosial şəbəkələrə KİV statusu verilməsi müzakirə edilir. Belə bir zamanda Azərbaycanda da sosial şəbəkələrdən istifadə sürətlə inkişaf dövrü keçməkdədir. Artıq bir çox hallarda rəsmi şəxslər də təmsil etdikləri qurumun mövqeyini sosial şəbəkələr üzərindən ictimailəşdirirlər. Belə paylaşımlardan biri də “BakuBus” MMC-nin rəsmi səhifəsinin və qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyevin ictimailəşdirdiyi video olub.

AFN xəbər verir ki, yanvarın 31-də yayımlanan video 175 saylı marşrutda kameraların yaddaşına yazılıb. Görüntülərdən və edilən qeyddən aydın olur ki, hadisə bir gün əvvəl, yanvarın 30-da baş verib. Marşruta qabaq qapıdan daxil olan gənc oğlan ödəniş etmədən arxaya tərəf irəliləyir və bu zaman sürücü səsgücləndirici vasitəsilə onu ödəniş etməyə səsləyir. “BakuBus” MMC və nümayəndəsi nədənsə sürücünün etdiyi kobudluğu bir tərəfə qoyaraq, həmin gəncin ödəniş etməməsini və sürücünün bir neçə dəfə alçaldıcı tonda ödənişə “dəvət etməsindən” hirslənərək nalayiq ifadələr işlətməsini qabardırlar. Təbii ki, ictimai yerdə söyüş söymək, nalayiq ifadələr səsləndirmək kimi halları biz də qətiyyətlə pisləyirik, lakin “BakuBus” MMC-nin və M.Piriyevin bu hadisədə iki tərəfdən birinin mövqeyini müdafiə etməsi də yolverilməzdir. Üstəlik, həmin şəxsin özünün icazəsi olmadan görüntülərin ictimailəşdirilməsi qurum tərəfindən ciddi hüquq pozuntusu kimi qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin III bəndində deyilir: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 376-cı maddəsi də eyni məsələni tövsif edir. Həmin maddədə inzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının qanunsuz yayımlanmasına aydınlıq gətirilərək deyilir: “İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının kütləvi informasiya vasitələrində yayımlanmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir”.
Maraqlıdır, görəsən, “BakuBus” MMC və M.Piriyev həmin videonu paylaşmaq üçün görüntülərdə tənqid obyekti olan gəncdən və marşrut sürücüsündən icazə alıblarmı?
Qeyd edək ki, M.Piriyevin paylaşımında sosial şəbəkə istifadəçiləri “BakuBus” MMC-ni tənqid ediblər. Həmin gəncin görüntülərinin icazəsiz yayılmasından tutmuş, maddi durumunun ağır ola biləcəyi səbəbindən aqressiv olma ehtimalına qədər edilən qeydlər içərisində ən diqqətçəkəni Elyar İsmayıl adlı istifadəçinin rəyidir: “BakuBus”un qarşısında avtoxuliqanlıq edərək qayda pozuntusu edən, bir avtobus dolu sərnişinin həyatına təhlükə yaradan, qadın, uşaq, qocalara qorxulu anlar yaşadan “Porsche”sürücüsünin videosunu da paylaşın da. Qayda pozuntusu edən “Porsche” sahibi olanda gücünüz çatmır? Bir az obyektiv olun...” M.Piriyev isə cavabında bildirib: “Elyar bəy, biz həmin avtoxuliqanın tapılmasını sizdən çox arzu edirik. Ancaq bir həftədən çoxdur ki, həmin görüntü axtarılır, inşallah tapılan kimi, o da öz hüquqi qiymətini alacaq. Sadəcə, sizin verdiyiniz məlumatda avtobusun dövlət qeydiyyat nişanı olmadığından biz məcbur olub bütün kameraları yoxlayırıq...” Opponentin cavabı isə belədir: “Mansur Piriyev, 40 dəqiqə ərzində bir dayanacaqdan 2 nömrəli avtobusdan ən çoxu 3-4 avtobus keçə bilər. Səhərlər 20-25 dəqiqədən bir gəldiyini nəzərə alsaq 2-si keçə bilər. Burada elə böyük bir problem yoxdur ki, 10 gündən çoxdur bunu tapa bilmirsiniz. 2 nömrəli avtobusun sürücülərindən soruşun. Deyin, hansınızın qarşısında “Porsche” at oynadırdı? Çoxmu çətindir?” Təəssüf ki, “BakuBus” rəsmisi bu sualı cavabsız buraxıb.
AFN məsələni diqqətdə saxlayacaq. Eyni zamanda, “BakuBus” avtobuslarında təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərin vətəndaşın icazəsi olmadan yayımlanmasının nə qədər qanuni olub-olmaması məsələsini aidiyyatı dövlər qurumları və mütəxəssislərlə aydınlaşdırmağa çalışacağıq.
P.S. Yuxarıda istinad etdiyimiz qanunları nəzərə alaraq, “BakuBus” MMC və M.Piriyevin sosial şəbəkələrdə paylaşdığı videonu ictimailəşdirmirik.

"BakuBus" avtobusunun qarşısında "at oynadan" "Porsche" niyə gizlədilir?-

"BakuBus" avtobusunun qarşısında "at oynadan" "Porsche" niyə gizlədilir?-


HƏBİBƏ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şirvanda “Odessa” Teyyub güllələnib

Şirvanda “Odessa” Teyyub güllələnib

Millət vəkilindən

Millət vəkilindən "İdeal"ın rüsvayçı kampaniyası ilə bağlı maraqlı təklif

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı-

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı- FOTOLAR

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama:

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu-

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu- FOTOLAR

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

Türk ordusu 1931 terrorçu məhv edib

Türk ordusu 1931 terrorçu məhv edib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

560 minə yaxın şəxsin müavinətləri artırılacaq-

560 minə yaxın şəxsin müavinətləri artırılacaq- Açıqlama

Damlaya 35 milyonluq zərbə:

Damlaya 35 milyonluq zərbə: işçisini polisə verdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur