Yollarda sürət həddi aşağı salındı- XƏBƏRDARLIQ
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
BNA-dan AFN-ə verilən məlumatda bildirilir ki, məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.
Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq!