DSX əməliyyat keçirdi: tutulanlar var- FOTOLAR


DSX əməliyyat keçirdi: tutulanlar var-


Mart ayının 20-də Astara rayonu istiqamətində naməlum üzmə vasitəsinin sərhəd sularımıza daxil olması müəyyən edilib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.

Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilmiş, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azər­baycan Respublikasına mənsub bölməsini tərk edib.

Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycana məxsus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nömrəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzvlərinin – Astara rayon Şahağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quliyev Seymur Mirzəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını pozmaları müəyyən olunub.

Həmin ərazidə sərhəd gözətçi gəmisi tərə­findən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağlama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlərinin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsində iştirakları müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

DSX əməliyyat keçirdi: tutulanlar var-

DSX əməliyyat keçirdi: tutulanlar var-

DSX əməliyyat keçirdi: tutulanlar var-

DSX əməliyyat keçirdi: tutulanlar var-

DSX əməliyyat keçirdi: tutulanlar var-

DSX əməliyyat keçirdi: tutulanlar var-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu