FHN polkovniki mühərrik haqda "çox seksual" kitab yazdı, fırtına qopdu


FHN polkovniki mühərrik haqda


Dünəndən başlayaraq, sosial şəbəkələrin Azərbaycan seqmentində qalmaqal yaşanmaqdadır. Qalmaqala səbəb isə ilk baxışdan adidən adi görünən bir kitab olub. Doğrudan da, müəllifinin FHN polkovnik-leytenantı olduğu və daxili yanma mühərrikindən bəhs edən kitab kimi maraqlandıra bilərdi ki? Amma bu işin içində bir “əmma” var. Daha doğrusu, həmin bu kitabın içində...

Sən demə, kitabda daxili yanma mühərrikinin iş prinsipi deyil, onun ağlasığmaz “analogiya”sından bəhs olunur. Müəllif yuxusunda nə görübsə, qadın-kişi münasibətlərini daxili yanma mühərrikinin misalında izah etməyə çalışıb. Maraqlıdır ki, bu kitab FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb!

Uzun sözün qısası, polkovnik-leytenant Əbülfəz Kazımovun “Mühərrik yağlarının konkret maşınlarda tətbiqi. Daxili yanma mühərrikinin quruluşu. Yanma prosesi” kitabı bu dəqiqə bestsellerdir. Redaksiyamızın onu kitab mağazalarından tapmaq cəhdləri uğursuzluqla nəticələnib və biz sosial şəbəkə istifadəçilərinin yazdıqları və çəkdikləri şəkillərlə kifayətlənməli olduq.

Kitabın səhifələrindən birində müəllif yazıb: ”Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbrə aparar”.

Daha sonra müəllif yazır: ”40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.

Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: ”Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ”istəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.

Müəllif başqa bir səhifədə yazır: ”Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək. Sanki forsajdasan”.

Bundan başqa, criminal.az-ın bildirdiyinə görə, Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərində “əsaslandırıb”: ”Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlıarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağ layiqdir”.

Kitabın yaratdığı reaksiya ilə bağlı məlumat artıq FHN rəhbərliyinə çatdırılıb və müəlliflə bağlı araşdırma başlanılıb.

FHN polkovniki mühərrik haqda

FHN polkovniki mühərrik haqda

FHN polkovniki mühərrik haqda

FHN polkovniki mühərrik haqda

FHN polkovniki mühərrik haqda



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu