Rektor özünə bahalı seyf alıb: maaşa baxan məmur hara, pul yığmaq hara?!

Xəbərin çap versiyası
Tarix: 13-11-2018, 19:20    |    Xəbər oxunub: 644 dəfə
Rektor özünə bahalı seyf alıb:


Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun özünə paytaxtdakı bahalı mağazaların birindən seyf aldığı deyilir.

AFN-in xəbərinə görə, bu barədə məlumatı ilk olaraq reportyor.info yayıb. Sayt bildirir ki, A.Məhərrəmov xeyli zaman əvvəl köməkçisi ilə birlikdə Bakıdakı seyf dükanlarından birinə üz tutaraq satışdakı ən yaxşı seyflərdən birini seçib alıb. AFN-in araşdırması zamanı məlum olub ki, rektorun aldığı seyfin dəyəri bir neçə on min manatla ölçülür. Seyf həm möhkəmliliyi, həm də nəfis işlənməsi ilə mağazadakı digər mallardan xeyli fərqlənirmiş. Maraqlıdı, BDU rektoruna bu seyf nə üçün lazımdır? O, rəsmi dövlət məmurudur, necə deyərlər, quru maaşa baxan adamdır. Belə olduqda möhkəmliyi ilə xüsusi seçilən seyf A.Məhərrəmova nə üçün lazım olub? Hər il BDU-dakı tələbələrdən yığılan milyonlarla vəsaiti saxlamaq üçün, yoxsa A.Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza”, “Monte Kristo” restoranlarından gələn gəlirləri toplamaq üçün, bunu təxmin etmək təbii ki, bizlər üçün çətindir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Rektor özünə bahalı seyf alıb:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

Kamran Nəbizadə sərxoş halda Bakının mərkəzində dava saldı

Kamran Nəbizadə sərxoş halda Bakının mərkəzində dava saldı

"Arsenal" "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı bəyanat yaydı

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

Qazyan kəndində səyyar-qəbul görüş

Qazyan kəndində səyyar-qəbul görüş

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Unudulmaz qış nağılı

Unudulmaz qış nağılı

İlin “ən yaxşıları” seçildi:

İlin “ən yaxşıları” seçildi: “Xəzər” Milli Mükafatı təqdim edildi-FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur