Şahdağ və Hirkan Milli Parklarında “Çex modeli” üzrə nişanlanma işləri aparılıb- FOTOLAR




2-7 aprel 2019-cu il tarixlərində Şahdağ və Hirkan Milli Parklarında çex mütəxəssisləri tərəfindən milli parkların əməkdaşlarına, Dövlət Turizm Agentliyinin və bir sıra turizm şirkətinin nümayəndələrinə treyninqlər keçirilib və təyin olunan marşrutlar üzrə nişanlanma işləri aparılıb.



Bir çox ölkələrdə tətbiq olunan “çex modeli” üzrə turist marşrutlarının nişanlanması işlərinin digər milli parklarda da aparılması planlaşdırılır. Bu nişanlar turistlərin cığırlardan kənara çıxmamasına və marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.

Qeyd edək ki, turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi Azərbaycanda ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına şərait yaradacaq.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Çexiya Respublikasının ölkəmizdəki səfiri və Ekologiya və Təbii Sərvətlər Naziri arasında keçirilmiş görüşdə Azərbaycanın bir sıra milli parklarında turist cığırlarının “çex modeli” üzrə nişanlanmasına razılıq verilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu