Oğlunun DYP əməkdaşları tərəfindən öldürüldüyünü iddia edən ana prezidentə müraciət etdi-VİDEO




Bu ilin yanvarında qəza nəticəsində həyatını itirən Azər Şamiyevin anası cinayət işi üzrə sübut və dəlillərin saxtalaşdırılması, ibtidadi istintaqın qeyri-düzgün aparılmasıyla bağlı ölkə prezidentinə, Birinci vitse-prezidentə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

AFN-ə daxil olan müraciətdə bildirilir ki, A.Şamiyev 12 yanvar 2019-cu il tarixində Şirvan şəhər Yol Patrul Xidməti əməkdaşları tərəfindən qovularaq təqib olunan və bu zaman baş verən avtoqəza nəticədə həyatla vidalaşıb: "Oğlum un Şirvan Yol polis bölməsinin əməkdaşları tərəfindən öldürülməsi faktına bugünədək hüquqi qiymət verilməyib, cinayətkarlar azadlıqdadır. Hazırda Neftçala və Saatlı rayonlarında xidmət göstərirlər. Şirvan şəhər hüquq-mühafizə orqanları cinayət işi üzrə istintaq hərəkətlərini düzgün aparmır, maddi sübutların saxtalaşdırılmasına yol verir. Şirvan şəhər Polis İdərəsi hadisə zamanı kamera görüntülərini istintaqdan yayındırmaqla qatil əməkdaşlarını məsuliyyətdən yayındırır. Haqq- ədalət öz yerini tapmayıb. Oğlumun qatilləri rüşvət müqabilində məsuliyyətdən yaxa qurtarmağa müvəffəq olublar.
Mən ağbirçək ana qismində sizlərdən bir daha xahiş edirəm, yalnız sizə güvənirəm, işə yenidən baxılsın. Oğlumun 4 övladını yetim qoyan Nazim Mirzəyev və Sadiq Həsənovun cinayət əməllərinə hüquqi qiymət verilsin.Çox xahiş edirəm, ədalətin bərpa olunmasında bizə kömək edin".
Qeyd edək ki, ailə bundan əvvəl də ölkə rəhbərliyinə və ictimaiyyətə videomüraciət edib. Daha ətraflı videomüraciəti təqdim edirik:

[media=https://www.youtube.com/watch?v=YFl1dmdsFY4]








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu