Türkiyədə 145 milyona ada almaq istəyən azərbaycanlı kimdir?




Türkiyədə ümumi dəyəri 457 milyon lirə olan 5 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb.



Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, adalardan 3-ü Egey və Qara dənizdə, 1 yarımada və 1 ada isə Bursanın Ulubat gölündədir. Turizm və tikinti üçün əlverişli olan yarımada və adalarda tikililər də mövcuddur.

Məlumatda bildirilir ki, satışa çıxarılan daşınmaz əmlaklarla bağlı təkliflər qəbul olunub. Yüksək təklif verənlər arasında adları açıqlanmayan azərbaycanlı investorlar da var. Azərbaycanla yanaşı Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Dubaydan da təkliflər gəlib.

Qeyd edək ki, adalardan ən ucuzunun qiyməti 17 milyon, ən böyük və ən bahalısının isə 145 milyon lirədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu