Sabah Bakıda 25 dərəcə isti olacaq




Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.



Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən məlumata görə, havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti,
Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki,
bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti,
gündüz 26-31° isti, dağlarda gecə 6-11° isti, gündüz 16-21° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu