Həkim Məhəmməd Davudov: "Yaralı əsgərimizi görəndə şok yaşadıq"


"Güclə nəfəs alan, cəmi bircə söz demək iqtidarında olan ən ağır yaralımız da, "biz döyüşə qayıtmalıyıq" sözünü deməmiş əməliyyat masasına uzanmırdı"



44 gün içərisində Böyük Qələbə ilə yekunlaşan Azərbaycanın Vətən Müharibəsində xalqın qəhrəmanlıq göstərən təbəqələrindən biri də tibb işçiləri oldu. Onlar yaralı əsgər və zabitlərimizə peşəkarlıqla yüksək səviyyədə xidmət göstərdilər və bu yöndə fəaliyyətləri uğurla davam edir. Oxuyacağınız müsahibədə həmin tibb işçilərinin həkim təmsilçisi Məhəmməd haqq savaşındakı iştirakı barədə söhbətləşmişik.

Dosye:

Üz-çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudov 2001-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Ardından üz-çənə cərrahı ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1 saylı Şəhər Klinik Xəstəxanasında başlayıb. 2002-ci ildən Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasında çalışır. 2008-ci ildə namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb. 2010-cu ildə təhsilimi davam etdirmək üçün Tehran Tibb Elmləri Universitetinin onkoloji institutunda 1 illik ixtisasartırma kursunu keçib. Baş-boyun nahiyəsindəki şişlərin aradan qaldırılması, baş-boyun qüsurlarının plastik rekonstruktiv əməliyyatları üzrə cərrah fəaliyyəti göstərir.

- Məhəmməd bəy, Azərbaycanın işğalçılara qarşı əks hücumları sentyabrın 27 də başladı. Siz Vətən müharibəsində hansı formada iştirak etdiniz?

- Bildiyimiz kimi, sentyabr ayının 27-dən mənfur düşmənimiz olan ermənilər mülki azərbaycanlıları atəşə tutdular, bununla da atəşkəsi yenidən kobud şəkildə pozdular. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə əks hücum nəticəsində Vətən Müharibəsi -Qarabağın işğaldan azad edilməsi uğurunda haqq savaşı başladı.



Bu müharibədə xalqımızın ürəyi Vətən eşqi ilə döyünən hər bir nümayəndəsi savaşa qoşuldu. İnsanlarımız yüksək səviyyədə həmrəylik göstərərək, ordumuza, qələbəmizə töhfə verməyə qalxdı, dəstəyini ifadə etdi. Təbii ki, belə bir vaxtda biz-həkimlər də kənarda qala bilməzdik. Xüsusən də döyüşlərdə yaralılarımız olur, itkilərimiz olur. Bu səbəbdən həkimlərə, tibb xidmətinə böyük ehtiyac yaranır.

Müharibənin başladığı ilk gündən tərəddüd etmədən mülki həyatda olan fəaliyyətimi donduraraq, Gəncə şəhərinə yollandım. Gəncə Beynəlxalq Xəstəxanasında mənimlə birgə çalışan həmkarlarım bildirdilər ki, üz-çənə və boyun nahiyəsi yaralıları çoxluq təşkil edir, bu pasiyentlərə dərhal yerində yardımın göstərilməsi vacibdir. Müharibənin ilk günlərində həqiqətən də bu tipli yaralılarımz çox idi. Onlara yerindəcə peşəkar yardım göstərməyə başladıq.

- Bakıda hansı tibb müəssisəsində fəaliyyət göstərirdiniz?

- Özəl xəstəxanaların birində - Avrasiya Hospitalında fəaliyyət göstərirdim. Tibb Universitetinin klinikası olan Tədris Cərrahiyə Klinikası COVİD-19 xəstələri üçün ayrıldığından biz müvəqqəti olaarq, özəl xəstəxanalarda cərrah fəaliyyəti göstərərək, xalqımıza xidmət edirdik.

- Necə oldu ki, Gəncəyə gedib yaralı həbçilərə həkim yardımı göstərmək qərarına gəldiniz?

- Gəncəyə getmək qərarı əslində müharibə ilk başlayan andan planımda var idi. Fikrimi həmkarlarımla söhbətlərimizdə də mütəmadi bildirirdim. Deyidim ki, Bakıda otursaq belə, qəlbimiz ordadı. Tez bir zamanda cəbhəyə doğru getməliyik. Biz hər an gözləyirdik ki, məlumat verilsin yola düşək. Pərakəndə şəkildə də getmək doğru olmazdı. Hansı istiqamətə gedəcəyimiz bəlli deyildi və biz çağırış gözləyirdik.



Cəbhə bölgəsinə yaxın olan Gəncədə, Fizulidə, Ağcəbədidəki həmkarlarımızla mütəmadi əlaqə saxlayırdıq, nəyə ehtiyac olduğunu dəqiqləşdirirdik. Müharibənin ilk günündə Gəncədən çağırış gəldiyinə görə heç bir tərəddüd etmədən hazırlaşıb ölkəmizin ikinci böyük şəhərinə yollandım. Müharibənin qızğın vaxtları döyüş Qarabağın şimal istiqamətindən başladığı üçün orda yaralılarımız daha çox idi. Ordan Naftalana, Naftalandan isə ixtisaslaşmış xəstəxana olduğu üçün Gəncə Beynəlxalq Xəstəxanasına göndərildik. Gəncəyə gətirilən yaralılara elə ilk andaca ixtisaslaşmış yardımlar göstərirdik.
O bölgədə insanların necə bir yumruq kimi birləşdiyini, möhtəşəm vətənpərvərlik göstrərdiklərini, qələbə üçün hər şeylərindən keçməyə hazır oldqlarını bir daha gördüm. Bütün ölkədə eyni əhavl-ruhiyyə var idi. Sadəcə mən Gəncədə olduğumdan bu şəhərin insanlarını nümunə gətirdim.

İnsanlar böyük qələbəyə bütün varlıqları ilə inanırdılar. Xalqımızın möhtəşəmliyi bir daha gözlərimiz qarşısında canlandırdı. Fəxr ediləsi anların şahidi olurduq.

Gəncə Beynəlxalq Xəstəxanasının istər həkim kollektivi, orta və ya kiçik personalı - hər kəs, əlindən gəldiyi qədər Vətənə xidmət etməyə çalışırdı. 24 saat-gecə gündüz dayanmadan əməliyyat bloku fəaliyyət göstərirdi. Reanimasiya şöbələri yorğunluq bilmədən, dayanmadan çalışırdılar. Heç kim bir dəfə də olsun yorğunluğunu dilinə gətirmirdi. Hamı böyük əzmkarlıqla hərbçilərimizə canı-dildən qulluq göstərirdi. Müharibə dövründə orda gördüyüm səhnələr indi göz önünə gələndə düşünürəm ki, bu, həm də Azərbaycan tibbinin qələbəsidir!



- Peşəkar üz-çənə plastik cərrahsınız. Bu yöndə xidmət göstərdiyiniz yaralı əsgərlərdən tam sağalanlar olubmu?

- Xüsusən üz-çənə və boyun nahiyəsindən yaralanan hərbçilərimizə xidmət göstərirdik. Yumşaq toxumaları zədələnənlər, qəlpə yaraları alanlar nisbətən çox idi. Cırılmış, dağılmış toxumaları tikmək, bərpa etmək, qəlpələri bədəndən çıxarmaq, sümük sınıqlarını müxtəlif vasitələrlə yerinə bərkitmək-əvvəlki vəsiyyətinə qaytarmaq, tənəffüs alma çətinliyi olan yaralılarda süni tənəffüs dəliyi açmaq - traxeostoma əməliyyatı, kəskin qan axma olan hallarda damarları bağlamaq kimi əməliyyatlar həyata keçirdik. Orada xüsusi olaraq xəstələrdən biri diqqətimi çəkdi. Mina qəlpələri alan əsgərimizdə boyun yumşaq toxumaları tamamilə dağılmışdı.Yaralı hərbçimizi görəndə həkim heyətində ani şok effekti yarandı. Yaralını dərhal əməliyyat otağına götürdük, çənə sümüyü də dağılmışdı, öncə onu bərpa etdik, yaralıdan götürülən toxuma parçası ilə digər qüsurlar da aradan qaldırıldı. Ardınca yaralını Bakıya göndərdik, üzərində ikinci əməliyyatı apardıq. Əsgərimiz tam sağaldı, öz görünüşündən, səhhətindən yüksək səviyyədə razı qaldığını dedi. Onu ilk görənlər arasında həyata qayıdacağı şansının az olduğunu düşünənlər də vardı, buna baxmayaraq, qəhrəman əsgərimiz müharibədən öncəki görünüşünə, sağlamlığına qovuşdu. Hazırda özünü rahat və gümrah hiss edir .(Müsahibəyə həmin əsgərin fotosu əlavə edilib - E.M ).

- Yaralı əsgər və zabitlərimizlə mütəmadi ünsiyyətdə olmusunz. Onların ruh halları necə idi? Müharibədə iştirak etdikləri günlər barədə nələr danışırdılar?

- Onlardakı ruh yüksəkliti, əzmkarlıq, qələbəyə inam həkimlərə sözün əsl mənasında xoşbəxtlik yaşadırdı. Danışa bilmək heyində olan hərbçilərimiz xəstəxanaya çatdırılan kimi "həkim xahiş edirəm, elə edin yenidən cəbhəyə qayıda bilim" deyə bizə müraciət edirdilər. Ağır vəziyyətdə olanlarsa sağalan kimi, yenidən cəbhəyə getmləri üçün bizdən yardım istəyirdilər. İnanın, mən də hamı kimi müharibə barədə çəkilən xarici filmlərə baxmışam, bu mövzuda kitablar oxumuşam. Heç bir sənət əsərində azərbaycanlı əsgər və zabitlər kimi personajla, obrazla qarşılaşmamışam. Bizim əsgərlərin şücaətini, Vətən sevgilərini, torpağa, elə bağlılıqlarını, Ali Baş Komandana sədaqətlərini sözlə ifadə etmək mümkün deyil. Güclə nəfəs alan, cəmi bircə söz demək iqtidarında olan ən ağır yaralımız da, "biz döyüşə qayıtmalıyıq" sözünü deməmiş əməliyyat masasına uzanmırdı. Vətəninə, xalqına, dövlətinə belə möhtəşəm sevgi bəsləyən Azərbaycan Ordusu əlbəttə haqq savaşında qalib gəlməliydi və gəldi də.



Əvvəlki sualın cavabında barəsində danışdığm ağır yaralanan əsgər xeyli sayda düşməni məhv etmişdi, yanında mina partladığına görə boyun nahiyəsi dağılmışdı. O deyirdi ki, yaralanmağı onu naraht etmir, əsas odur xeyli erməni silahlısı öldürüb, Vətənə azacıq da olsa borcunu ödəyib. Onu da xüsusi vurğulamaq istəyirəm ki, yükəsk rütbəli zabitlərimizlə söhbətlərimizdə onların geniş intellektə, savada, dünya görüşünə malik olduqlarını görürdük, əsgərlərə ata, dost, qardaş qayğısı göstərdiklərinin şahidi olurduq. Hərbçilərimizin xalqın elit təbəqəsini təşkil etdiyi bir daha təsdiqini tapırdı. Onlara qulluq göstərməkdən qürur duyurduq. Özünü yaxşı hiss edən əsgər, zabit görəndə elə rahatlıq tapırdıq ki... Doğrudan da xalqınla fəxr etmək qədər möhtəşəm hiss yoxdur. Biz - tibb işçiləri hərbçlərimizlə ünsiyyətdə bu fəxarət hissini yaşayırdıq. Biz də səhiyyənin əsgərləri idik, Vətən Müharibəsinin qələbə ilə bitməsinə töhfə verməyə çalışırdıq.

- Hazırda yenədəmi Gəncədəsiniz?

- Hazırda Bakıdayam. Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında yaralı zabitimizi əməliyyat etdik, vəziyyəti yaxşıdır. Bir neçə gün öncə yenə Gəncəyə qayıtmışdım. Beynəlxalq Xəstəxanada yaralı hərbçimiz üzərində cərrahiyyə əməliyyatı apardım, şükür ki, səhətti normallaşıb. Həftə sonları mütəmadi Gəncəyə gedirəm. Bəzi hallarda yaralılarımıza mərhələli əməliyyatlar etmək, reablitasiya tədbirləri görmək lazımdır. Bütün şərtlərə nöqtəbənöqtə riayət edirik ki, igid hərbçilərimiz sağlamlıqlarına tam sahib olsunlar. Qazilərimizi əmək fəaliyyətləri tam bərpa olunan səviyyədə sağlamlıqlarına qovuşdurmaq, onların həm estetik, həm funksional baxımından üz-çənə, boyun nahiyyəsində olan qüsurlarını aradan qaldırmaq, igidlərimizi əvvəlki həyatlarına qaytarmaq tibb işçilərinin müqəddəs borcudur.

Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan xalqı, Azərbaycan dövləti. Şəhidlərimizin ruhu qarşısında baş əyirik və onlara həmişə borclu olduğumuzu unutmuruq, yaşadığmız həyata görə qazilərə, şəhidlərə borclu olduğumuz ömrümüzün hər pilləsində bizimlə birgə addımlayır. 28 ildən sonra bütövləşən vətənimiz üçün varlığımızla gecə-gündüz xidmət göstərməyə hazırıq. Xoşbəxtik ki, Qarabağ Azərbaycandır və əbədi olaraq Azərbaycanındır. (Ruper.Az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45