“Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirildi




Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonundakı Heydər Əliyev Mərkəzində həmin rayon ictimaiyyətinin, müxtəlif dövlət orqanları, o cümlədən rayon polis şöbəsinin və QHT nümayəndlərinin iştirakı ilə “Məişət zorakılığna qarşı mübarizə” mövzusunda tədbir keçirilib.



Bu rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə giriş sözündə məişət zəminində törədilən zorakılıqla mübarizədə əhali arasında hüquqi maarifləndirmənin vacib olduğunu və belə tədbirlərin əhəmiyyətini vurğulandı.

İştirakçılara İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın salamlarını çatdıran Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etdi ki, keçirilən tədbir Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uyğun olaraq, məişət zorakılığına qarşı mübarizə ilə bağlı qəbul edilmiş qanunun və digər normativ sənədlərin təbliği məqsədini daşıyır.

Bildirildi ki, hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik islahatları uğurla davam etdirilməkdədir. Həmin islahatın məntiqi nəticəsi kimi, bir sıra qanunlarla yanaşı 22 iyun 2010-cu il tarixdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edən və tənzimləyən mühüm bir qanun – Məişət zorakılığının qarşısının alınması haqqında Qanun qəbul edilmişdir.

Məruzəçi tərəfindən bu qanunun müddəaları, həmçinin Ombudsman təsisatı tərəfindən bu sahədə həyata keçirilən tədbirlər, Müvəkkilin səlahiyyətləri, ərizə və şikayətlərə baxılması qaydaları, regional mərkəzlər və regional mərkəzlərə müraciət etmək qaydaları barəsində ətraflı məlumatlar verilmişdir.

Mövzu ilə bağlı Samux RPŞ-nin əməkdaşı və digər iştirakçılar çıxışlar edərək cəmiyyətdəki məişət zorakılığı problemi ilə bağlı münasibətlərini bildirdilər. Tədbir iştirakçılarını maraqladıran suallar cavablandırıldı.

İştirakçılar aktual mövzularda mütəmadi olaraq təşkil edilən hüquqi maarifləndirmə tədbirlərinə görə Müvəkkilə təşəkkürlərini bildirdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45