"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "Araz Supermarket" cərimələndi


"Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.


MMC-yə İnzibati Xətalar Məcəlləsinin 485.2 (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə prokotol tərtib olunub.

Protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Abbas Rzayevin icraatındadır.

Bu xətaya görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Araz Supermarket"i "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan marketlərdən biridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu