Tramp administrasiyası Venesuela nefti ilə bağlı şirkətlərlə danışıqlara başlayıb


ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela nefti ilə bağlı Amerika neft şirkətləri ilə danışıqlara start verib.

Ağ Evin yüksəkvəzifəli rəsmisi şirkətlərlə yazışmaların başladığını və bu prosesin davam edəcəyini bildirib.

ABŞ-li rəsmi qeyd edib ki, ABŞ Enerji naziri Kris RaytDövlət katibi Marko Rubio Prezident Trampın adından bu danışıqlara rəhbərlik edəcəklər.

Ağ Evin sözçüsü Karolin Livitt də bildirib ki, Prezident Trampın da qeyd etdiyi kimi, Venesueladakı yeni investisiyalar və imkanlar məsələsində Amerika neft şirkətləri ilə işləməyi səbirsizliklə gözləyirik.

ABŞ Prezidenti Tramp Venesuelaya qarşı hərbi müdaxilədən sonra dünyanın ən böyük neft ehtiyatlarına malik ölkənin neft sənayesinə çox güclü şəkildə daxil olacaqlarını açıqlamışdı.

Tramp “ABŞ-nin nəhəng neft şirkətlərini (Venesuelada) işə salacağıq. Onlar milyardlarla dollar xərcləyərək neft infrastrukturunu bərpa edəcək və ölkə üçün gəlir əldə etməyə başlayacaqlar”, – demişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu