Venesuelada Prezident Sarayı ətrafında atəş səsləri eşidilib
Venesuelada Prezident Sarayı Miraflores ətrafında atəş səslərinin eşidildiyi bildirilib.
Milli mətbuatın məlumatına görə, təhlükəsizlik qüvvələri Miraflores Sarayı ətrafında icazəsiz uçan və şəxsiyyəti müəyyən edilməyən pilotsuz uçuş aparatlarına atəş açıblar.
Sosial mediada paylaşılmış videolarda atəş səsləri eşidilir və hadisənin baş verdiyi ərazidə motosikletlərin keçdiyi görünür.
Hökumətə yaxın və adının açıqlanmasını istəməyən mənbə Prezident Sarayı ətrafındakı vəziyyətin nəzarət altında olduğunu bildirib.
Atəş səsləri səbəbindən ərazidəki vətəndaşların təşvişə düşdüyü qeyd olunub.


