Şara sui-qəsd iddialarından sonra Şamda marketdə göründü
Suriya Prezidenti Əhməd Şara barədə sosial şəbəkələrdə yayılan sui-qəsd iddialarından sonra onun paytaxt Şamda marketdə alış-veriş etdiyi bildirilib. Şaranın alış-veriş etdiyi marketin əməkdaşı Heysəm Hayek prezidentin sağlam vəziyyətdə olduğunu gördükləri üçün sevindiklərini deyib.
Prezident Əhməd Şara bəzi sosial media hesablarında səslənən sui-qəsd iddialarından sonra Şamın Mezze məhəlləsində yerləşən marketdə alış-veriş edib.
Şaranın alış-veriş etdiyi marketin əməkdaşı Heysəm Hayek bildirib ki, Prezident Əhməd Şara mağazaya gələrək biskvit alıb.
Hayek, “Şaranın səhhəti yaxşıdır. Buna görə çox sevindik”, – deyə qeyd edib.
Marketin digər əməkdaşı Razan Hələbı isə “Prezident marketə gəldi, buradan bir neçə məhsul aldı. Yeni banknotların dövriyyəyə buraxılmasında yaranan çətinlikləri dinlədi”, – deyə bildirib.
Hələbı “Ödəniş etdiyi pulları mən qəbul etdim. Onları xatirə kimi saxlayacağam”, – ifadələrini işlədib.
Qeyd edək ki, bəzi sosial media hesablarında Suriya Prezidenti Əhməd Şaranın sui-qəsd nəticəsində yaralandığına dair iddialar yayılmışdı.
Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nureddin əl-Baba bu iddiaların tamamilə və qəti şəkildə yalan olduğunu açıqlamışdı.

