Tramp: Şara ilə vaxt keçirmək şərəf idi
ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd Şara ilə görüşü barədə “Şara ilə vaxt keçirmək şərəf idi” ifadəsini işlədib.
Tramp Truth Social üzərindən Şara ilə görüşü barədə paylaşım edib.
“Şara ilə vaxt keçirmək şərəf idi” ifadəsini işlədən Tramp bildirib ki, görüş zamanı Yaxın Şərqdə sülhün detalları müzakirə olunub və Şara bu prosesi dəstəklədiyini vurğulayıb.
Tramp Şara ilə yenidən görüşmək istədiyini bildirərək, Suriyanın sabit və uğurlu olmasının bölgədəki bütün ölkələr üçün çox vacib olduğunu qeyd edib.
Tramp və Şara Ağ Evdə mətbuat üçün qapalı şəkildə görüşüblər.
Bu görüş Suriya dövlət başçısının ilk dəfə olaraq Ağ Evdə bir ABŞ Prezidenti ilə görüşü kimi qeydə alınıb.
