Elm və Təhsil Nazirliyi yuxarı sinif şagirdlərinin miqrasiyasına necə nəzarət edə bilər?


Son günlər baxıram ki, ancaq məktəb xəbərləri sosial mediamızda gündəmdir. Ötən günlər Gədəbəyin icra başçısının hansısa bir kənd tam orta məktəbində olması və ciddi problemlərlə rastlaşması gündəm olub. İctimai qınaq olan problemlərə diqqət yetirdikdə görmək olar ki, daha əhəmiyyətli məqamlar bəzən diqqətdən kənarda qalır. Qeyd olunurdu ki, məktəbdə 201 şagirddən 11-ci sinif üzrə 55 şagirdin heç biri məktəbdə olmayıb. Deməli, bu məktəbdə təxminən 27% şagird 11-ci sinifdə oxuyurmuş.


AFN.az xəbər verir ki, bunu İT mütəxəssisi Osman Gündüz deyib. Az qala məktəbin üçdən birinin 11-ci sinif şagirdi olması nə dərəcədə doğrudur sualına cavab verəb mütəxəssisin sözlərinə görə, Elm və Təhsil Nazirliyi özünün müxtəlif datalarına, eləcə də Ümumi Təhsil İnformasiya Sisteminə (ÜTİS) daxil olmaqla müəyyən edə bilər ki, orta statistik bir məktəbdə normalda 7-8% 11-ci sinif şagirdi ola bilər: "Ümumiyyətlə, ÜTİS vasitəsilə istənilən sinif, məktəb, rayon və ölkə üzrə şagirdlərin hərəkətinə effektiv nəzarət mümkündür. Əgər məktəbin hansısa sinfində və ya məktəbin özündə şagird sayı normalda olduğundan çoxdursa, demək, bura kənardan miqrasiya baş verib. Deməli, Gədəbəyin həmin kənd məktəbinin 11-ci sinfinə digər məktəblərdən, rayonlardan və şəhərlərdən köç olmasından şübhələnmək üçün ciddi əsaslar var. Daha doğrusu, şagirdlərin özünün yox, onların adlarının bu məktəbə miqrasiyası olub. Yeri gəlmişkən, bəzi direktorların və onların havadarlarının əsas gəlir yerinin həm də bu olduğu bildirilir. Düşünürəm ki, nazirlik, DİM özlərində mövcud olan datalarla, informasiya sistemləri ilə bu tip məsələlərə ciddi nəzarət edə bilərlər. Əlbəttə, əgər istəsələr".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu