53 saylı məktəbdə şagirdin sinif yoldaşları tərəfindən döyüldüyü deyilir - DİN araşdırır


53 saylı məktəbin 7-ci sinif şagirdi Əli Hüseynlinin(ad şərtidir) sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilir. Bu barədə vəkil Mehman Muradlı öz sosial hesabında yazıb.


"53 saylı məktəbdən "xoş" xəbərlər gəlir. 7-ci sinif şagirdini sinif yoldaşları başına ağır zərbələr vurmaqla xəsarət yetiriblər. Hadisə məktəbdə olub", - vəkil bildirib.

Məsələ ilə bağlı 53 saylı məktəblə əlaqə saxladıq. Məktəbin adını bildirməyən işçisi bildirdi ki, hadisədən məlumatı yoxdur. Məktəb rəhbərliyi də iclasdadır.

Bakı Şəhər Təhsil İdarəsindən məsələnin araşdırıldığı bildirilib.

Əldə etdiyimiz məlumata görə döyülməsi iddia edilən uşaq 53 saylı məktəbdə bu il gəlib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, bununla bağlı polis orqanına bu gün müraciət daxil olub.

"Bununla bağlı vətəndaş polis orqanına bu gün müraciət edib. Uşaq valideyni ilə birgə polis orqanına dəvət olunub. Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - DİN-in açıqlamasında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu