Kutuzov gözünü neçə itirib?

Bir çoxumuz rus sərkərdəsi Kutuzovun sağ gözünun olmadığını bilirik. Ancaq knyaz Qolenişev-Kutuzovun gözünü necə və hansı şəraitdə itirdiyini az adam bilir.
Gənc bir zabit kimi Mixail Kutuzov bir söz üçün heç vaxt “cibinə əl atmırdı”. O, Sankt-Peterburqda zarafatcıl və kobud adam kimi tanınırdı. Onun kiməsə qarşı ədəbsizlik etməsi, sonradan duelə qatılması adi hal idi. Əgər Mixail İllarionoviç heç kimə deyil, İmperatriçə Böyük Yekaterinaya qarşı başqa bir hiyləgərlik etməsəydi, bu durum uzun müddət davam edə bilərdi. O dövrdəki güclü favorit Rumyantsevə qarşı kobudluğu hər seyi dəyişdi. Rumyantsev gənc zabitin “tikanları” haqqında xəbər tutanda “qələmin yüngül vuruşu ilə “Kutuzovu Dunay ordusundan o dövrdə daha az nüfuzlu sayılan, şiddətli döyüşlər gedən Krım ordusuna göndərdi.
1774-cü il avqustun 4-də türk desant dəstəsi Şumı kəndi, Aluşta yaxınlığında görünür. Rus qoşunları kəşfiyyatın gətirdiyi məlumatlardan sonra döyüşə girirlər. Qızğın döyüşdən sonra ruslara əlavə kömək gəlir və türklər geri çəkilməyə başlayırlar. Onların təqibinə polkovnik Kutuzov rəhbərlik edirdi. Güllələrdən biri Kutuzova dəyir. Güllə burun-udlaq sinusunu deşib sağ göz yuvasından çıxır. Alay həkimləri yaranı ölümcül hesab edirlər, lakin gənc polkovnik möcüzəvi şəkildə sağ qalmağı bacarır. Göz toxunulmaz qalır, (sonra Korsikada ingilislər onun toxunulmaz qalan saq gözünü yenidən güllə ilə bir də deşirlər) amma Kutuzov artıq əvvəlki kimi görə bilməsə də, xidmətə davam edir. Bu, onun uğursuzluqlarının sonu deyildi. Oçakov qalasının mühasirəsi zamanı Kutuzov alaylardan birinə komandirlik edirdi. 1788-ci il avqustun 18-də parapetə dırmaşaraq düşmənin hərəkətlərini izlədiyi zaman yaxınlıqda partlayan artilleriya qumbarası qəlpələrindən biri onun başına dəyir. Parça sağ yanaq sümüyünə dəyərək başının arxasından çıxır. Məlumdur ki, Kutuzovun sarğılı və ya sağ gözü olmayan bir dənə də olsun şəkli yoxdur. Görünür, rus sərkərdəsi tarixdə özünün yaralı gözlə və kor kimi xatırlanmasını istəməyib.