Qızılın qiyməti 3 400 dolları keçdi


2025-ci il avqust ayı üçün Comex birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) qızılın fyuçers qiyməti bir troya unsiyası üçün 23 iyun 2025-ci ildən bəri ilk dəfə 3 400 ABŞ dollarını keçib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında əksini tapıb.



Bu gün axşam saatlarında qiymətli metalın dəyəri 1,3% artaraq bir unsiya üçün 3 401,3 dollar təşkil edib. Saat 17:00-a qədər isə artım 1,31%-ə çataraq qiymət 3 401,6 dollara yüksəlib.



Eyni zamanda, NYMEX birjasında 2025-ci ilin oktyabr ayı üçün platin fyuçerslərinin dəyəri bir troya unsiyası üçün 1 506,4 dollar olub (+3,25%). Comex birjasında 2025-ci ilin sentyabr ayı üçün gümüş fyuçerslərinin qiyməti isə 1,96% artaraq bir unsiya üçün 39,23 dollar təşkil edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu