Qızılın qiyməti rekord həddə çatıb

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti tarixi maksimumunu yeniləyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında əksini tapıb.
Bildirilir ki, dəyərli metalın qiyməti 1 troya unsiyası üçün 2552,2 dollar (+0,43%) təşkil edib.