Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,94 dollar artaraq 70,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,98 dollar bahalaşaraq 63,08 dollar təşkil edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti də 0,43 dollar və yaxud 0,60% artıb.
Beləliklə, hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71,94 dollar təşkil edir.