Azərbaycan nefti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar artaraq 62,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 52,72 dollar təşkil edib.
Azərbaycan nefti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,81 dollar bahalaşaraq 63,81 dollar təşkil edib.