Birjalarda qızıl rekord həddə bahalaşıb

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) ticarət zamanı qızıl fyuçerslərinin dəyəri tarixi maksimumunu yeniləyərək, bir troya unsiyası üçün 2640 dollardan yuxarı qalxıb.
Qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 2644,9 dollar (+1,29%) təşkil etsə də, sonradan 2643,2 dollara (+1,09%) enib.