Ukraynaya 2025-ci ildə silah üçün 6 milyard dollar lazımdır

Kiyevə 2025-ci ildə silah alışında büdcə kəsirini bağlamaq üçün 6 milyard dollar lazımdır.
AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ramşteyn formatında ölkənin müdafiəsi üzrə təmas qrupunun iclasında Ukraynanın müdafiə naziri Denis Şmıxal bildirib.
Müdafiə nazirinin sözlərinə görə, bu vəsait daha çox müdafiə dronlarının və Rusiya pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaq dron-tutucuların istehsalına imkan verəcək.
Bundan əlavə, Şmıqal Avropanı ABŞ-ın Kiyevə təqdim etməli olduğu “Patriot” raketlərini almağa çağırıb. O, həmçinin Qərb tərəfdaşlarına müraciət edərək, 2026-cı il dövlət büdcələrində Ukrayna üçün vəsait ayırmağa hazırlaşmalarını xahiş edib.