Kiyev Norveçdən 1,4 milyard dollar hərbi yardım alıb

Son iki həftə ərzində Kiyev Norveçdən sursat və hərbi təlim üçün 1,4 milyard dollar alıb.
AFN.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal bildirib. O, Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının yaz sessiyası çərçivəsində Norveçin baş naziri Jonas Qar Störlə görüşü şərh edərkən öz Telegram kanalında yazıb: “Son iki həftə ərzində artilleriya sursatları və hərbi təlimlərə 1,4 milyard dollar vəsait ayrılıb".
Bundan əlavə, Şmıxalın sözlərinə görə, Ukrayna səhiyyə sisteminin gücləndirilməsi və bərpa işlərinin aparılması üçün daha iki paket əlavə maliyyə yardımı alıb. O qeyd edib ki, o, həmkarı ilə birgə silah istehsalını da müzakirə edib.