CNN: ABŞ İsrailə hərbi xərcləri üçün 3,5 milyard dollar verməyə hazırlaşır


Amerikanın CNN kanalı ABŞ-ın bir neçə ay əvvəl Konqresin təsdiq etdiyi silah və hərbi yardım paketi çərçivəsində İsrailə 3,5 milyard dollar maliyyə dəstəyi verəcəyini bildirib.



CNN-in məsələ ilə bağlı məlumatlı rəsmilərə əsaslanaraq verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti Konqres üzvlərinə bildirib ki, Vaşinqton administrasiyası İsrailə hərbi xərclərini maliyyələşdirməyə hazırlaşır.

Aprel ayında Konqresin hər iki palatasının qəbul etdiyi yardım paketi çərçivəsində 3,5 milyard dollarlıq maliyyə dəstəyi veriləcəyini qeyd edən səlahiyyətlilər, bu yardımın yaxın gələcəkdə İsrailə ayrılmayacağını bildiriblər.

Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin aprel ayında imzaladığı paketdə İsrailə hərbi dəstək üçün təxminən 14 milyard dollar, ümumilikdə isə 26 milyard dollar maliyyə yardımı ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu