Belçika Ukraynaya silah üçün hər il 1 milyard avro ayırmaq niyyətindədir

2025-ci ildə Belçika Ukraynaya 1 milyard avroluq silah paketi köçürəcək, daha sonra isə Kiyevə hər il müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracaq.
AFN.az UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Belçikanın baş naziri Bart De Vever deyib.
"Biz hökumətdə yeni qərar qəbul etdik. 2025-ci ildə 1 milyard avroluq paket elan edirik və hər il müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracağıq", - deyə o, Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Baş nazir əlavə edib ki, Belçika istehsalçıları artıq Ukrayna ilə birgə silah istehsalı üçün dörd müqavilə imzalayıblar.